Qaliblərimizlə tanış olun

carousel-img
“Super Çempion” - Yusif (6 yaş) Super Çempion və 150 pul mükafatı - “Məktəbəqədər hazırlıq”
carousel-img
“Çempion” - Həsənağa (7 yaş) Çempion - “Məktəbəqədər hazırlıq”
carousel-img
“Qızıl medal” - Seyfullahəli (9 yaş) “Qızıl medal” və I yer
carousel-img
I yer - Zərifə, 6 yaş "Məktəbəqədər hazırlıq" - (rus bölməsi)
carousel-img
I yer - Ədalət, 5 yaş "Məktəbəqədər hazırlıq"
carousel-img
II yer - Nəzrin, 6 yaş "Məktəbəqədər hazırlıq"
carousel-img
II yer - Jasmin, 6 yaş "Məktəbəqədər hazırlıq"
2019.jpg

Olimpiadalarımız haqqında

Olimpiadalarda iştirak şagirdlərdə hiss və həyacanın aradan qaldırılması, özünə inam hisslərinin gücləndirilməsi, mübarizə şəraitində özünü idarə etmə, rəqabət aparma bacarığının formalaşması, hədəf uğrunda mübarizə kimi bir sıra özəllikləri inkişaf etdirir.

TİAMO-da təhsil alan uşaqlar beynin hər iki yarımkürəsini istifadə edərək, güclü yaddaşa malik olurlar. Bu proqrama beynin gimnastikası da deyilir. Belə uşaqlarda riyazi və məntiqi bacarıqlar, qavrama, dərketmə, analiz və sintez etmə, liderlik kimi qabiliyyətlər sürətlə inkişaf etdiyi üçün onların dərslərdə müvəffəqiyyət faizinin digərlərindən qat-qat üstün olduğu təsdiq olunub.

"TİAMO" şirkəti Azərbaycanda 2012-ci ildən fəaliyyətə başlayıb. Mərkəzin müxtəlif televiziya kanallarında azyaşlı uşaqların iştirakı ilə dəfələrlə maraqlı çıxışları olub.

"TİAMO" şirkəti Azərbaycan üzrə 4 Olimpiada keçirib.

  • 2014 - cü il Bakı şəhəri
  • 2015 - ci il Bakı şəhəri
  • 2018-ci ildə Sumqayıt şəhəri Heydər Əliyev Mərkəzində “Cümhuriyyətin 100 illiyi”nə həsr edilmiş Olimpiada(Azərbaycanda ilk dəfə olaraq 5 yaşlı uşaqlar arasında keçirilmişdir).
  • 2019-cu ildə isə “Sumqayıt şəhərinin 70 illiyi”münasibətilə Heydər Əliyev Mərkəzində “Mega - Beyin” Olimpiadası.

Mental Arithmetic Worldwide Competition

WAMAS 2019 Olimpiadası

"TİAMO Mega - Beyin 2019 Olimpiadası"nda qalib olan uşaqlar 22 – 23 iyun tarixlərində Türkiyənin Antalya şəhərində keçirilən"BEYNƏLXALQ OLIMPIADA" “WAMAS 2019” Olimpiadasına da qatılıblar.

16 ölkə olmaqla 600 - dən artiq şagirdin iştirakı ilə keçirilən 'WAMAS - 2019 June 22-23 Turkey, Antalya' - Olimpiadasında da mərkəzin uşaqları uğurlu nəticələr əldə ediblər. Yerlər və mükafatlandırma yaş və səviyyələrə görə müəyyənləşdirilmişdi :

2019.jpg

“Sumqayıt şəhərinin 70 illiyi”nə həsr olunmuş “Mega - Beyin” 2019 Olimpiadası.

Sumqayıt şəhəri, Heydər Əliyev Mərkəz

“Sumqayıtın 70 illiyi”nə həsr olunmuş “TİAMO 2019 MEGA-BEYİN OLİMPİADASI” 7 iyun tarixində keçirilmişdir.
Olimpiadada ümumilikdə 3 qrup üzrə 44 şagird iştirak etmişdir.
I qrup Məktəbəqədər hazırlıq (5 yaş)
II qrup (6-10 yaş)
III qrup kursu 5 il əvvəl bitirən məzunlarımız (8-10 yaş)

“TİAMO 2019 MEGA-BEYİN OLİMPİADASI” QALİBLƏRİ :
1 – Cİ QRUP ÜZRƏ
I yer məktəbəqədər hazırlıq – Nəcəfzadə Zəhra
II yer məktəbəqədər hazırlıq – Xankişi Ədalət
III yer məktəbəqədər hazırlıq – Məlikzadə Həsənağa

2 – Cİ QRUP ÜZRƏ
I yer – Quliyev Nicat - V sinif
II yer – Aslanlı Ayla - III sinif
III yer – Qurbanov Nihad - II sinif

3 – CÜ QRUP ÜZRƏ
SUPER ÇEMPİON – Hüseynli Seyfullahəli


"TİAMO Mega - Beyin 2019 Olimpiadası"nda qalib olan uşaqlar 22 – 23 iyun tarixlərində Türkiyənin Antalya şəhərində keçirilən"BEYNƏLXALQ WAMAS 2019 OLİMPİADASI”na da qatılıblar.
16 ölkə olmaqla 600 - dən artiq şagirdin iştirakı ilə keçirilən 'WAMAS - 2019 June 22-23 Turkey, Antalya' - Olimpiadasında da mərkəzin uşaqları uğurlu nəticələr əldə ediblər. Yerlər və mükafatlandırma yaş və səviyyələrə görə müəyyənləşdirilmişdir.

2019.jpg

“Cümhuriyyətin 100 illiyi”nə həsr olunmuş “Mega - Beyin” 2018 Olimpiadası.

Sumqayıt şəhəri, Heydər Əliyev Mərkəz

“TİAMO OLİMPİADA 2018”
Sumqayıt şəhərində Azərbaycanda ilk dəfə olaraq, 5 yaşlı uşaqlar arasında olimpiada keçirilmişdir.
“Cümhuriyyətin 100 illiyi”nə həsr olunmuş “TİAMO 2018 MEGA-BEYİN OLİMPİADASI” Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində iyun ayının 22-si baş tutmuşdur.
2 saat yarım müddətində keçirilən Olimpiada, 36 şagirdin iştirakı ilə 6 mərhələdən ibarət idi. Hər mərhələ 1 dəfə təkrarlanır və hər düz cavab alan şagird bir kart qazanırdı. Nəticədə “ƏN GÜCLÜ BEYİN” mükafatına kartı çox olan şagirdlər layiq görülürdü.

Tədbirdə 2 qrup üzrə şagirdlər iştirak edirdi:
* I qrup Məktəbəqədər hazırlıq (5 yaş)
* II qrup kursu 5 il əvvəl bitirən məzunlarımız (10-11 yaş).


“TİAMO 2018 OLİMPİADA” SININ QALİBLƏRİ :
I yer - Azər Əliyev - məktəbəqədər hazırlıq
II yer - Sərxan Aşurlu - məktəbəqədər hazırlıq
III yer - Nəzrin Kərimli - məktəbəqədər hazırlıq

Olimpiada

"TİAMO 2015 OLİMPİYATI"

3, 4 VƏ 5 RƏQƏMLİ ƏDƏLƏR, VURMA , BÖLMƏ ƏMƏLİYYATLARI İLƏ HESABLAR. ....4 İLLİK HESABATIMIZI DA BELƏ BAŞA VURDUQ. Tiamo Mental Aritmetik Proqramı 4-12 yaş arası uşaqların zəka inkişafı, beyin məşqləri proqramıdır. Uşaqların ümumi inkişafı üçün bu prqramın çox böyük rolu var. Tiamo proqramı sayəsində dərslərdə sürətlilik, asan öyrənmə, güclü yaddaş, məntiqli düşünmə, riyazi hesablamaların hesab maşınlndan daha sürətli aparılması kimi bacarıqlar qazanılır.
Dəfələrlə tv verlişlərində uşaqların maraqlı çıxışlarını nümayiş etdirib. Azərbaycanda 4 və 5 rəqəmli ədədlərin hesablanması, kursu qısa müddətə bitirmə (4-7 aya), eyni anda bir neçə işi görə bilmə(uşaqların hesablamaları şeir söyləyərək, rəqs edərək, zəka oyunu oynayaraq aparması) ancaq və ancaq TİAMO da.
Keçən ilin may ayında Tiamo 1-ci olimpiadasını “Odlar Yurdu”Universitetində keçirmişdi. 2-ci Olimpiadamız 16.05.2015-ci il tarixində “Anatolia Otelində” keçirildi. Uşaqlar və İşçi Qrupun xüsusi geyimləri, Zalın tərtibatı zövqlə hazırlanmışdır.
2015 Olimpiadamızda 2 yaş qrupundan ibarət(mini, mini-mini) 100 uşaq iştirak edərək, 29 yer uğrunda mübarızə apardı. Proqramımız 9 mərhələdən ibarət idi. Hər mərhələdə qalib olan uşaqlar üçün kuboklar, medallar, planşetlər və müxtəlif hədiyyələr təqdim olundu. Şirkətimiz olimpiadada iştirak edən digər qalib olmayan uşaqlara və gələn qonaqlara da xüsusi hədiyyə paketi hazırlamışdı. Tədbirimizdə çox hörmətli qonaqlar iştirak etdi :
1. Rauf Rəcəbov- İctimai televiziya, radio yayımları şirkətinin və səhər proqramları departamentinin direktoru 2. Mehriban Abdullayeva- “Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi Birliyinin rəhbəri”, BDU müəlliməsi
3. Səbuhi Abbasov- 7 News informasiya agentliyinin rəhbəri, Azərbaycan Slavyan Gənclər Assosiasiyasının sədri
4. Orxan Cabbarlı- İctimai televiziya Gənclər Elm və Təhsil departamentinin “Açıq Dərs”verlişinin aparıcısı
5. Saleh Bağırov- İctimai televiziya “Yeni Gün”verlişinin aparıcısı 6. Rəşad İlyasov- Müğənni
7. İradə Yaqubova- ELS müstəqil araşdırmalar mərkəzinin rəhbəri-texnika üzrə fəlsəfə doktoru
8. Xankişiyeva İlhamə- Gündəlik Teleqraf Qəzeti- müxbir
9. Həmid Mustafayev-“Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı” katibliyinin əməkdaşı
10. Xanım Əhmədzadə-“Müasir Cəmiyyət və Qadın Hüquqları İctimai Birliyi” nin rəhbəri

Olimpiada

TİAMO MENTAL ARİTMETİK 2014 OLİMPİATI
“HER COCUK BİR DAHİDİR”

17.05.2014 – cü il, saat 1100 da “Odlar Yurdu Universiteti”ndə musiqili-əyləncəli “TİAMO MENTAL ARİTMETİK 2014 OLİMPİATI” keçirildi.
Olimpiadada 61 tələbə, 16 nəfər işçi qrup ilə birlikdə çox dəyərli qonaqlar da iştirak edirdi :
Açılışı tədbirin təşkilatçısı, Tiamo şirkətinin tədris şöbəsinin direktoru İradə Xəlilova etdi.
Olimpiadanın məqsədi azyaşlı uşaqların necə mükəmməl bir zəka və yaddaş gücünə malik olduqlarını nümayiş etdirmək idi.
Olimpiada zamanı ayrı-ayrı yaş qrupları üzrə 4-12 yaş arası uşaqlar, qısa saniyələr ərzində 2-3 rəqəmli ədədləri rəqs edərək, şeir söyləyərək və zəka oyunları oynayaraq zehinlərindən çox böyük məharətlə hesablayırdılar. Uşaqlar eyni anda fikri 2-3 yerə cəmləyərək cavabları dəqiqliklə səsləndirirdilər
Olimpiadanın sonunda qaliblər müxtəlif hədiyyələrlə - 2 kompyuter, 4 planşet, Türkiyədən gətirilmiş xüsusi “Zəka oyuncaqları”, kubok, medallar və digər maraqlı hədiyəllərlə təltif olundular. Qalib olan və olmayan, yarışmaya qatılan 61 şagirdin hamısına ümumi hədiyyələr təqdim olundu..
Əsas hədiyyələr 2 yaş qrupunda, 4 bölüm üzrə mental aritmetik və yaddaş texnikası proqramlarından uğur qazanan 23 "tiamoçuya" təqdim olundu.

Proqramı tam bitirənlər arasında yer alan tələbələrimiz:
Mini qruplar üzrə:
*1-ci yer-Nuri Nəzrin (kursu bitirmə vaxı-72 dərs) - qizil medal-kubok- kompyuter-zəka oyunları və başqa maraqlı hədiyyələr
*2-ci yer-Sadıqova Aysel (kursu bitirmə vaxı-29 dərs) - gümüş medal-kubok - planşet-zəka oyunları və başqa maraqlı hədiyyələr
*3-cü yer-İsmayılova Zenfira (kursu bitirmə vaxı-96 dərs) - bürünc medal-kubok- planşet- zəka oyunları və başqa maraqlı hədiyyələr

Mini-mini qruplar üzrə:
*1-ci yer-İmranlı Nihat - qızıl medal-kubok- kompyuter-zəka oyunlari və başqa maraqlı hədiyyələr
*2-ci yer-Əliyev Əli -gümüş medal-kubok - planşet-zəka oyunları və başqa maraqlı hədiyyələr
*3-cü yer-Abbasova Vəsilə -bürünc medal-kubok- planşet-zəka oyunları və başqa maraqlı hədiyyələr
Yaddaş texnikası proqramından :
*1-ci yer- Nəsirov Cavid- qızıl medal-kubok- zəka oyunları və başqa maraqlı hədiyyələr
*2-ci yer-Nuri Nəzrin- gümüş medal-kubok- zəka oyunları və başqa maraqlı hədiyyələr
*3-cü yer- Adilzadə Aysu- bürünc medal-kubok- zəka oyunları və başqa maraqlı hədiyyələr
Digər 14 qalibimiz də kubok və medallarla bərabər müxtəlif hədiyyələrlə təltif olundular.
Bəsit Toplama Çıkarma (6 yer) :
Mini qruplar :
*I Yer - Ş.Nicat
*II Yer - N.Nurtac
*III Yer - İ.Humay
Mini-Mini qruplar :

*I Yer - A.İlkin
*II Yer - Ə.Vəli
*III Yer - Ş.Eldar

5 Abi Toplama (6 yer):

Mini qruplar :
*I Yer - Q.Fatimə
*II Yer – İ.Fatimə
*III Yer – B.Nicat

Mini-Mini qruplar :
*I Yer - Q.Nuray
*II Yer – O.Aysun
*III Yer - S.Muhamməd

Karışıq Toplama (2 yer):

*Mini – Mini :
*I Yer - P.Amin

Mini :
*I Yer - B.Elvin