4 yaşdan yuxarı uşaqlar üçün

Rəsm çəkməyin möcüzəvi faydaları

Rəsm çəkmək meditasiya kimidir. Rəsm çəkərkən insan gərginliklərdən tamamilə azad olur, bunu çox vaxt şüurun dəyişilməsi vəziyyəti də adlandırırlar. Hətta əgər siz meditasiya ilə ümumiyyətlə, məşğul olmursunuzsa, tross qaçışı (yavaş-yavaş qaçmaq), tikiş, naxışsalma, yapma, hörmə və s. kimi sizi dərin dalğınlıq vəziyyətinə gətirən hər hansı bir işlə öz psixi durumunuzu sakit və sabit vəziyyətə gətirə bilərsiniz.

Xarici aləmdən tamamilə tədric olunursunuz, həyəcanlar və narahatçılıqlar sizi tərk edir. Boşalmaq – son dərəcə sürəkli ritmlə yaşamağa məcbur şəhər sakinlərinin çox vaxt ehtiyac duyğuqları ruhi-mənəvi vəziyyətdir. Əlinizə karandaş götürün, bu elə sadə və asandır ki...

Ancaq bu, rəsm çəkməyin yeganə faydası deyil. Hesab edirlər ki, insan rəsm çəkərkən beyni tamam başqa cür işləyir. İntuitiv və yaradıcılıq təfəkkürü işə düşür. Bu isə o deməkdir ki, təkcə yaradıcılıq qabiliyyəti inkişaf etmir, beyin həm də məşq edir. Yaş ötdükcə bizim təbii qabiliyyətlərimiz yaxşılaşmır, əksinə, daha çox sönür. Rəsm çəkmək isə beynin fəallığını qoruyub saxlamaq üçün ən əhəmiyyətli məşğuliyyətdir.

Bəs rəsm çəkməyə heç bir qabiliyyəti olmayan insan buna yiyələnə bilərmi?

Bu gün hamıya məlumdur ki, rəsm çəkməyi hər kəs öyrənə bilər! Əgər nə vaxtsa rəsm çəkmək arzusunda olmusunuzsa, onda bəlkə də bu gün arzunuzu gerçəkləşdirməyə başlamağın ən doğru vaxtıdır.

Rəsm çəkməyi öyrənməklə Siz tamam başqa bir insan olacaqsınız. Daha sakit və həyatsevər birinə çevriləcəksiniz, başqalarının görə bilmədiklərini məhz Siz görəcəksiniz, heç kimin nəzərinə çarpmayanlar məhz Sizin diqqətinizdən yayınmayacaq. Əsas məsələ isə, Siz ətrafdakılar üçün daha maraqlı bir insana çevriləcəksiniz.

İndi bunun üçün hətta heç evdən çıxmaq da lazım deyil! Onlayn rəsm çəkmə dərsləri köməyinizə gələ bilər.

Yoxlayın, həm özünüzün, həm də yaxınlarınızın mənəvi rahatlığı üçün sınamağa dəyər. Uğursuzluqdan, nəyinsə alınmayacağından qorxmayın. 100 xətt çəkin, 101-ci alınacaq. Budur, bu işlə məşğul olanların işləri də bunu sübut edir.

 

Yeni həllər tapmaq, öz yolunu seçmək, heç kimə bənzəməmək, azad düşünmək — güclü şəxsiyyətin bütün bu xüsusiyyətləri insanın erkən yaşlarında yaradıcı təfəkkürün inkişafı zamanı formalaşır. Bəs həmin proses necə baş verir?

Siz uşağınızın oynamağına, rəsm çəkməyinə və musiqi ifa etməyinə sevgi ilə baxırsınız? Maraqla onun fantaziyalarını, uydurmalarını, hamıya bəlli olan süjeti başqa cür danışdığını dinləyirsiniz İndi isə baş verənlərə daha geniş baxın: körpə təkcə vaxtını şən keçirmir, əslində o, yaradır!

Və psixoloqlara inansaq uşağın körpədən uğurlu insana çevrilməsində incəsənət təcrübəsi çox böyük rol oynayır. Bəs sirr nədədir?

«Yaradıcı təcrübə" nə deməkdir və uşağa nə kimi faydası dəyə bilər?

Uşağa oxumağı və səliqəli yazmağı necə öyrətməyinizi xatırlayın. Bu məşqlər zamanı siz uşağınızı istiqamətləndirin, kitabda olduğu kimi təkrar etməyi xahiş edirsiniz. Və bu tamamilə düzgün bir yoldur, çünki siz uşağınıza ənənəvi bilikləri əldə etməyə kömək edir.

Və uşaqdan qaydalara riayət etməyə çağıran məşqlər ilə birlikdə onun həyatında hərəkət azadlığı verən — uydurmaq, yaratmaq, oynamaq, rəsm çəkmək və onun əhvalına, təfəkkürünə, hissiyatına uyğun nəyi isə etmək hüququnu verən oyunlar olmalıdır.

Və məhz bənövşəyi fil və ya gənc rəqqasın icad etdiyi orijinal hərəkətlər onun yaradıcı təcrübəsidir. Həmin təcrübə uşağqda cəsarət və iştiraçılığı, digəriləri «şablon» hesab edən üsulla deyil, qeyri-adi vasitə ilə həll etmək bacarığını inkişaf etdirir.

Gələcəkdə məhz yaradıcılıq cəsarəti özünü eşitmək və məsələlərin orijinal həlli bacarığı körpənizə şəxsi potensialını konkret işdə reallaşdırmağa kömək edəcək. Yeganə bir məsələ qalır — uşağa hansı yaradıcılıq növünü hansı yaşda təklif etməyi müəyyənləşdirmək!

Uşaq yaradıcılığı: inkişaf mərhələləri

İki-üç yaş. Aktiv yaradıcılıq prosesi vaxtıdır. İndi uşağa rəsm maraqlıdır. O əvvəllər də barmaqları ilə rəsm çəkə bilirdi və kağız üzərində boya ilə əl izləri, ləkə qoymaqdan həzz alırdı. İndi isə körpə həmin prosesə daha yaradıcı yanaşır. Və valideynlər əl ilə çəkmək üçün boyü və kağız almalıdır ki, balaca rəssam özünü rəngdə ifadə edə bilsin.

3 yaşında körpənin həyatına musiqi dərsləri də əlavə oluna bilər. Məsələn piano dərsləri. musiqi aləti ilə tanışlıq bir çox qaydalara riayət etməyi tələb edir. Lakin burada körpə öz yaradıcılıq potensialını həyata keçirir — əllər ilə piano dillərinə valideynlərə bəlli olmayan prinsip və qaydalara riayət etmədən öz musiqisini «yaradır»!

3,5 yaşında oyun mərhələsi başlayır. Bu mərhələdə uşaq öz qəlbindəkiləri əks etdirməyə başlayır — süjetlər oynayır, öz istəyi ilə oyun dünyasında «rejisorluq» edir. Bu süjet oyununda uşaqlar tam olaraq yaradıcılıq azadlığını hiss edirlər

Yaradıcı təfəkkürün inkişafının daha bir üslubu kimi körpəyə kukla teatrı təklif edin. Bu teatrda o özü həm kuklalara, həm də süjetə rəhbərlik edəcək. Teatr dərnəyinə gedin və ya evdə səhnələşdirilmiş tamaşa düzəldin.

Dörd yaşına çatanda körpənin həyatında arzular və ilk təfəkkür yaranır və artıq 5 yaşına çatanda onlar əsl xəyallar pərvazlığına çevriləcəklər. İndi ananın krem qabı rahatlıqla təyyarə əvəzi ola bilər, karandaşların qabı isə cəsusun gizli məktubuna!

5,5 — 6 yaşındakı uşağın nitqin, haddaşın və diqqətin inkişaf səviyyəsi ona şeir və hekayyələrdə, süjet rəsmlərində və özü yaratdığı rəqsdə yaratmağa imkan verir. Valideynlər isə körpəyə təfəkkürün və hər əşyaya yaradıcılıqla yanaşmaq üçün müvafiq yaradıcı məşqlər təklif etməlidir.

Həmçinin, uşağının musiqi, rəqs, teatr və ya mahnı oxumağına diqqət yetirsələr valideynlər körpənin istedadını müəyyən edə və onu uğurla inkişaf etdirə bilərlər!