Proqramı 9 yaşdan yuxarı uşaqlar üçün həftədə 2 dəfə olmaqla 1 saat cəmi 2 saat

Elm və texnologiyanın sürətlə inkişaf etdiyi bir əsrdə yaşayırıq. Hər nə qədər sürətlə öyrənməyə çalışsaq belə, beynimizi effektiv öyrənmə üçün hazırlamadan, yəni, beynimizdəki o möhtəşəm potensialı kəşf etmədən, elmlə ayaqlaşa bilmərik. Siz də qısa vaxt ərzində çoxlu bilik əldə etmək, öyrəndiklərinizi unutmamaq istəyənlərdənsinizsə, həyatınızın və elmin istənilən sahəsində tətbiq edə biləcəyiniz, effektiv öyrənməni təmin edən “Neyro Linqvistik Yaddaş Texnikaları” təlimini məhz sizin üçün hazırlamışıq. Hər birimiz bilirik ki, öyrənmənin dəyərli olması və məna qazanması üçün, öyrənilən məlumatların yadda saxlanması çox vacibdir. Öyrənilmiş informasiyaların yadda saxlanmadığı halda heç bir mənası yoxdur.
Öyrənmək qədər sürətli və qalıcı öyrənmək də çox önəmlidir. Sürətli öyrənmək əldə olunan informasiyanı birdəfəlik, qalıcı olaraq yadda saxlamaqdır. Bu təlim sayəsində siz sahib olduğunuz möhtəşəm beyin gücünüzü kəşf edəcək, bununla kifayətlənməyib, zehni potensialınızı necə istifadə edəcəyinizi öyrənəcəksiniz.
“Yaddaş Texnikaları“ təlim proqramının məqsədi, öyrənməni ən tez və ən effektiv şəkildə təmin etməklə, insanın sahİb olduğu dünyanın ən mükəmməl bioloji varlığı olan beyni maksimum dərəcədə inkişaf etdirmək və istifadə etməyi öyrətmək, yəni “Öyrənməyi öyrətməkdir.”


YADDAŞLA QİDALANMA ARASINDA BİR ƏLAQƏ VARMI ?

- İnsan orqanizminin tamlıqda fəaliyyət göstərməsi üçün kalsium, fosfor, kalium, maqnezium ilə yanaşı dəmir də vacibdir. Dəmirin beyinə oksigen daşımasında çox əhəmiyyətli rolu vardır. Xüsusən də oksigenin beyinə daşınması və ağ qan hüceyrələrinin yaranmasında dəmirə çox ehtiyac vardır. Ona görə də mütləq gündəlik qida rasionumuzda dəmirə mütləq yer verməliyik. Dəmirin yeməklərdən sorulmasına kömək edən digər vitamin isə C vitaminidir. Buna görə də dəmirin, tərkibində C vitamini olan qida maddələri ilə - portağal kimilər, kivi, pomidor, kartof, kabak, brokoli, qovun, çiyələk, əncir, qırmızı və yaşıl bibər ilə birlikdə qəbul edilməsi daha faydalıdır. C vitamini ilə birlikdə E vitaminini də qəbul etmək beyin üçün çox faydalıdır. Bitki yağları, yer fıstığı, günəbaxan tumu və buğda E vitamini ilə zəngindir.
Yediyimiz qida maddələrinin insan beyni və zəkasına, o cümlədən diqqətinə təsiri çox böyükdür. Çəkimizin sadəcə 2 və ya 3% - ni təşkil edən beyin, gündəlik yeməklərdən aldığımız kalorinin 30% - ni istifadə edir.
Beyində baş vərən bəzi reaksiyaların həyata keçməsi üçün B vitamini çox vacibdir. Lazımı qədər qidalana bilməyən şəxslərə B vitaminlərini qəbul etmələri tövsiyyə olunur. Quru paxlalılar, qırmızı ət, günəbaxan tumu, balıq, qatıq, süd, pendir, yaşıl yarpaqlı tərəvəzlər, toyuq əti, hinduşka, yer fıstığı, banan, qovun, brokoli, ispanaq, pomidor, yumurta və əncinar qarışımları B qrupu vitaminləri ilə çox zəngindir.
Beyinə faydası olan B vitamininin lazımi miqdarda qəbul edilməsi, aşağıdakı funksiyalarda inkişafına səbəb olur:
Öyrənmə və yaddaş gücü
Diqqət
Sürətli düşünmə
Danışıq qabiliyyəti və səlistlik
Ayıqlıq
Yaradıcı düşünmə
Enerji


VALİDEYNLƏRİ MARAQLANDIRAN SUALLAR

Güclü yaddaş genetik olurmu ?
- Bəli genetik də ola bilər. Beyinin təməl potensialını daha da artırmamız üçün beyini istifadə etməmiz lazımdır.
Yaddaşı gücləndirmək üçün hansı məşqləri etmək olar ?
- Zehindən riyazi hesablamalar aparmaq
-İdmanla məşğul olmaq:
-Həftədə 3 dəfə yarım saatlıq qaçış, öyrənmə, diqqət və qavrama bacarığını 100/15 dəfə artırır
-Fiziki idman hərəkətləri edən insanlar imtahanlarda və ya hər hansı yarışmalarda daha bacırıqlı olurlar. Məşqlər zamanı beyin oksigenlə daha yaxşı qadalanır, bununla da yaddaş gücü və beyin hüceyrələrinin inkişafını daha da artırır.
-Xəyal gücündən istifadə etmək
-Tapmaca tapmaq
-Krassvordlar həll etmək
-Kitab oxumaq
-Sürətli, asan və qalıcı öyrənmə texnikalarını bilmək və istifadə etmək
-Yuxuya nəzarət etmək.
- Yuxu vücudun dincəlməsi üçün deyil, beyinin sağlam işləməsi üçün lazımdır.
-20 saat yuxusuz qalan bir insanın beyni, alkaqol içmiş insanın beyni kimi eyni reaksiyanı verir. Normal qaydada yatmanın insan beyni üşün 3 əsas faydası var:
- Beyin yatarkən ayıqkən yüklənən bütün məlumatları gözdən keçirir və müəyyən mərkəzlərə yerləşdirir.
-Beyin yatarkən enerji toplayır və lazımsız məlumatları ataraq, növbəti günə hazırlaşır.
- Yuxu açıqlanmayan bir sistem sayəsində bir sıra bacarıqların meydana gəlməsinə səbəb olur.


BEYİN YARIMKÜRƏLƏRİNİDƏN NECƏ İSTİFADƏ OLUNUR?

Elmi-tibbi baxımdan yanaşdıqda, bilirik ki, insan beyni sağ və sol yarımkürələrdən ibarətdir. Hər iki yarımkürə bir-birini tamamlayan funksiyalara malikdir. Yarımkürələr arasında qalın sinir lifindən ibarət olan bir tor yerləşir. Bu tor beynin sağ və sol yarımkürələri arasında daima məlumat mübadiləsi aparılmasını təmin edən bir körpüdür. Beyində 100 milyarddan çox beyin hüceyrələri vardır ki, qurulan yaddaş əlaqələri və zehni fəaliyyətlərin hər biri bu hüceyrələr arasında yeni əlaqələr yaradaraq bir tor təbəqəsi, bağ yaradır. Qurulan bağların sayı nə qədər çox olsa beyin potensialının gücü də o dərəcədə yüksək olacaqdır.
Sağ beyin yaradıcı düşüncə, xəyal gücü, ritm, musiqi, səslər, rənglər, hisslər və duyğularla, sol beyin isə məntiqli, sistematik və analitik düşünmə, yazılar, mətnlər, rəqəmlərlə çalışan yarımkürədir. Beynin bir hissəsini digərinə görə daha yaxşı istifadə edən insanlar, digər yarımkürənin bacarıqlarına ehtiyac duyduqları zaman çətinlik çəkirlər. Buna misal olaraq, bir qanadı qırılmış quş və ya bir ayağı olmayan insan gedəcəyi bir yerə yetişəcək, ama çox çətinliklə və zaman itkisi verməklə. Sürətli və effektli öyrənmənin yolu da beynin hər iki yarımkürəsini eyni anda və tarazlı olaraq istifadə etməkdən keçir.
Hər iki yarımkürədən istifadə öyrənməni asanlaşdırır.
Başqa bir misal : Maşın, sürücü və benzin. Bu söylədiklərimizdən biri olmadıqda və ya keyfiyyətsiz olduqda getdiyimiz mənzilə tez və asan çata bilmərik. Maşın son markadır və keyfiyyətli benzinimiz var. Amma sürücümüz professional olmadıqda, gedəcyimiz yola sərf etdiyimiz zaman uzun sürə bilər,və ya sürücümüz professionaldır, benzinimiz də keyfiyyətlidir, amma maşınımız çox köhnədir. Təbii ki, yenə də gedəcəyimiz vaxt uzana bilir. Digər misalda sürücü və maşın normal olub, benzinimiz keyfiyyətsiz olarsa, eyni halı yaşamış olarıq. Demək ki, burada həm maşın, həm sürücü, həm də benzinlə əlaqəli olan keyfiyyətlərin 3- ü də nəzərə alınarsa, gedəcəyimiz mənzilə daha sürətli və əziyyətsiz çata bilərik.


BƏS NƏ ÜÇÜN RİYAZİ HESABLAMALARDAN İSTİFADƏ OLUNUR ?

Elmi-tibbi baxımdan yanaşdıqda, bilirik ki, insan beyni sağ və sol yarımkürələrdən ibarətdir. Hər iki yarımkürə bir-birini tamamlayan funksiyalara malikdir. Yarımkürələr arasında qalın sinir lifindən ibarət olan bir tor yerləşir. Bu tor beynin sağ və sol yarımkürələri arasında daima məlumat mübadiləsi aparılmasını təmin edən bir körpüdür. Beyində 100 milyarddan çox beyin hüceyrələri vardır ki, qurulan yaddaş əlaqələri və zehni fəaliyyətlərin hər biri bu hüceyrələr arasında yeni əlaqələr yaradaraq bir tor təbəqəsi, bağ yaradır. Qurulan bağların sayı nə qədər çox olsa beyin potensialının gücü də o dərəcədə yüksək olacaqdır.
Sağ beyin yaradıcı düşüncə, xəyal gücü, ritm, musiqi, səslər, rənglər, hisslər və duyğularla, sol beyin isə məntiqli, sistematik və analitik düşünmə, yazılar, mətnlər, rəqəmlərlə çalışan yarımkürədir. Beynin bir hissəsini digərinə görə daha yaxşı istifadə edən insanlar, digər yarımkürənin bacarıqlarına ehtiyac duyduqları zaman çətinlik çəkirlər. Buna misal olaraq, bir qanadı qırılmış quş və ya bir ayağı olmayan insan gedəcəyi bir yerə yetişəcək, ama çox çətinliklə və zaman itkisi verməklə. Sürətli və effektli öyrənmənin yolu da beynin hər iki yarımkürəsini eyni anda və tarazlı olaraq istifadə etməkdən keçir.
Hər iki yarımkürədən istifadə öyrənməni asanlaşdırır. Başqa bir misal : Maşın, sürücü və benzin. Bu söylədiklərimizdən biri olmadıqda və ya keyfiyyətsiz olduqda getdiyimiz mənzilə tez və asan çata bilmərik. Maşın son markadır və keyfiyyətli benzinimiz var. Amma sürücümüz professional olmadıqda, gedəcyimiz yola sərf etdiyimiz zaman uzun sürə bilər,və ya sürücümüz professionaldır, benzinimiz də keyfiyyətlidir, amma maşınımız çox köhnədir. Təbii ki, yenə də gedəcəyimiz vaxt uzana bilir. Digər misalda sürücü və maşın normal olub, benzinimiz keyfiyyətsiz olarsa, eyni halı yaşamış olarıq. Demək ki, burada həm maşın, həm sürücü, həm də benzinlə əlaqəli olan keyfiyyətlərin 3- ü də nəzərə alınarsa, gedəcəyimiz mənzilə daha sürətli və əziyyətsiz çata bilərik.


BƏS NƏ ÜÇÜN RİYAZİ HESABLAMALARDAN İSTİFADƏ OLUNUR ?

Bir çox insanlar mütamadi olaraq idmanla məşğul olurlar. Bu qismə idmançılarla yanaşı adi həyat tərzi sürən insanları da misal çəkmək olar. Bunun səbəbi onların cavan və sağlam qalmalarını istəməsidir. Beyin gücünün də möhkəmləndirilməsi, beyində istifadə olunmayan hüceyrələrin aktivləşdirilməsi və onların sağlam qalması üçün riyazi hesablamalardan istifadə olunur. Elmi araşdırmalar rəqəmlərlə işləmə ilə, beyin hüceyrələrinin aktivləşməsi və inkişafı arasında birbaşa əlaqənin olduğunu göstərir.
Bu sistem təsirli, sürətli və dolğun hesablama edə bilmənin ən yaxşı və asan yoludur. Məktəbdə öyrədilənlərə dəstəkləyici bir metoddur.


TEXNİKANIN NƏ KİMİ FAYDALARI VAR ?

Yaddaş gücünüzü artıracaqsınız.
Düşünmə tərzinizin beyninizdəki inkişafını necə təsirləndiyini görəcəksiniz.
Təsirli, aktiv öyrənmə və beyin arasındakı əlaqəni tanıyacaqsınız.
Yaddaş və beynin necə çalışdığını öyrənəcəksiniz.
Yaddaş texnikalarını öyrənməni yaddaş gücü və özünəinamın necə artdığını görəcəksiniz.
Oxuduğunuz, gördüyünüz və eşitdiyiniz məlumatları unutmamağı öyrənəcəksiniz.
Yaddaşınızdakı məlumatları necə əldə etməyi öyrənəcəksiniz.
Öyrənmə, yaddaş və beyin arasındakı maraqlı əlaqəni kəşf edəcəksiniz.
Sürətli, asan, qalıcı və aktiv öyrənmənin bütün sirlərinə nail olacaqsınız.
Təsirli və qalıcı bir dərs öyrənmənin necə olacağını burda öyrənəcəksiniz.
Öyrənməyi öyrənmək, sürətli öyrənmə, yaddaş və beyin təhsilinin sizə qazandıracağı enerjini kəşf edəcəksiniz.


CƏMİYYƏT QARŞISINDA DANIŞMAQ BACARIĞINIZI İNKİŞAF ETDİRƏCƏK.

Fotoqrafik yaddaş texnikası ilə qeyd etmənin asan yollarını kəşf edəcəksiniz.
Yaddaş gücünüz sayəsində xitab etmə və inandırma bacarıqlarınızı da inkişaf etdirəcəksiniz.
Danışdıqlarınızı kağıza baxmadan yaddaşınızda saxlayaraq qarşı tərəfə ötürə biləcəksiniz.
Diqqət gücünüzün necə artdığını öyrənəcəksiniz.


ƏTRAFDAKILARI TƏƏCCÜBLƏNDİRƏCƏKSİNİZ.

Tanıdığınız insanların telefon nömrələrini asanlıqla yaddaşınızda saxlayacaq və unutmayacaqsınız.
Yaddaş gücünüzü və öyrəndiklərinizi ətrafınızdakılara göstərərək onları həm təsirləndirəcək, həm də təəccübləndirəcəksiniz.
Bu şəbəkənin sizə verdiyi beyin inkişaf etdirmə, sürətli öyrənmə və mükəmməl yaddaş gücü sayəsində iş yerində, məktəbdə və olduğunuz cəmiyyətdə mütləq fərqlənəcəksiniz.
Bu sistem fərqli zəka səviyyəsinə malik bütün öyrənənlər üçün uyğun olan bir sistemdir.
Bu sistem oynayaraq və əylənərək öyrənmənin özüdür. Beyin heç bir əziyyət çəkmədən və yüklənmədən informasiyanı özündə çox asanlıqla və uzun müddətə saxlaya bilir.
Beyin təhsili almış hər bir insan beynin mövcud potensialını ən mükəmməl şəkildə istifadə edə bilir.