Dəqiqədə oxuma surəti 2-3 dəfə artır. Yaş həddi 9 yaşdan yuxarı həftədə 2 dəfə 1 saat cəmi 2 saat

“SÜRƏTLİ OXU” manın TARİXİ


İkinci Dünya Döyüşü əsnasında Luftwafe (Alman Hava qüvvələrinin) təyyarələri Londonu gecə-gündüz bombalayırdılar. İngiltərə göylərində İngilis və Alman təyyarələri döyüşər, bir-birlərinə girərdilər. London ətrafında qüllələrdə gözçülər, yaxınlaşan təyyarələrin emblemlərini görüb, dostmu düşmənmi anlamağa çalışardılar. Düşmən işarələrini görər görməz də həyəcan düyməsini basarlar, xalqın vaxtında sığınacağa qaçmasını təmin edərdilər.
Bənzər şəkildə, İngilis pilotlarının da yaxınlaşan təyyarənin emblemini çox tez fərqinə varmaları həyati dərəcədə əhəmiyyət daşımaqda idi. Çox dəfə gözçülər və pilotlar təyyarə emblemlərini seçmədə gecikər və bombalar düşməyə başlayardı. Bunu önləmək üçün İngilislər, Ohio Universitetindən Dr. Renshawın kəşfləriylə, indi ‘takistoskop' dediyimiz aləti inkişaf etdirdilər.
Göz sürətini inkişaf etdirən sadə bir mexanizmə sahib bu alət, ehtimalla bir çox İngilisin həyatını qurtarmışdır. Saniyənin 25də, 50də və 100də biri sürətlə açılıb bağlanan bu vasitələ, pilot və gözçülər yetişdirildi.
İngilis və Alman təyyarələrinin olduqca böyük şəkillərini göstərərək başlanan işdə, şəkillər get-gedə kiçildildi, şəkilin meydana çıxıb itmə müddəti get-gedə qısaldıldı. Bu iş nəticəsni, qatılanların qəbul etmə sürətlərini çaşdırıcı səviyyələrdə yüksəldi. Beləliklə bombardman təyyarələri çox daha erkəndən yoxlanılır, gözçülər xalqa daha tez xəbər verə bilirdi.
Amerikada pedaqoqları bunu eşidincə, vasitəni, söz seçməyi sürətləndirmədə sınadılar və beləliklə “Sürətli Oxuma” doğuldu. Gözün, bədənin hər hansı bir başqa orqanı kimi, məşq gördükcə daha “təsirli” olmağa başladığını isbat etdilər. Beləliklə “tənbəl göz” daha cəld davranmağa və gördüyü şəkli (rəsmi, emblemi, ədədi, yazını) daha sürətli olaraq beynə (əsl görmə funksiyasını reallaşdıran mərkəzə) göndərməyə alışdı.
Əllinci illərdə, Amerikada bu mövzuda kurslar təşkil edilməyə başladı. Müəyyən bir qəbul müddətinin ardından da məktəblər Sürətli Oxumağı mənimsəmişdir. ABŞ da 1960-cı illərdə, Kolumbiya Universitetində və Uniteq məktəblərinin beşində Sürətli Oxuma kursları açıldı. 1980 ci illərdə Türkiyədə tətbiq olunmağa başlandı.
Bu an Amerikada, ibtidai təhsildən universitetə qədər hər səviyyədə “Speed Reading” dərsləri verilməkdə və şagirdlər bu texnika üzərində dərslər almaqdadırlar.
Hal-hazırda dünyada əksər böyük liderlər sürətli oxuyur. Həmçinin də bütün universitet imtahanında yüksək nəticə göstərənlər sürətli oxumağı bacarır.

Sürətli və effektli oxumaq

Öyrənməyə təsir edən ən vacib amillərdən biri də “sürətli və effektli oxumaq”dır. Sürətli oxumağın yavaş oxumağa nisbətən daha yaxşı qavranıldığı qəbul edilir. Çünki yavaş oxuyarkən diqqət daha tez yayınır. • Yavaş oxuma sürəti dəqiqədə 100-200 söz • Normal oxuma sürəti dəqiqədə 200-250 söz • Sürətli oxuma sürəti dəqiqədə 400-500 söz arasındadır.

Niyə Daha Sürətli və Təsirli Oxumaq Lazımdır?


Oxumağı sevmirik, ancaq oxumağa məcbur olduğumuz şeylər var.
Oxumağı sevirik, ancaq oxumağa kifayət qədər vaxt ayıra bilmirik.
Tələbəsiniz (orta məktəb, lisey, universitet…) qısası yığınla kitab , dərs sizi gözləyir.
Qəbul və Sınaq kimi imtahanlara hazırlaşırsınız amma zaman problemi yaşayırsınız.
Daha qısa zamanda daha çox şey öyrənmək istəyirsiniz.
İş yerində hər gün yüzlərlə fayl, sənəd ya da hesabatı nəzərdən keçirməyiniz lazımdır. Ancaq çatdırmaqda çətinlik çəkirsiniz.

Niyə Yavaş Oxuyuruq?


Sözləri tək-tək oxuyuruq.
Sözləri yavaş - yavaş oxuyuq.
Sözləri içimizdən səsləndiririk.
Oxuyarkən sözlərə ilişirik və təzədən oxuyuruq.
Oxuyarkən dodaqlarımızı, bəlkə dilimizi oynadırıq.
Bir mövzunu daha yaxşı anlaya bilmək üçün yavaş oxumaq lazım olduğuna inanırıq.
Diqqətimizi yığa bilmirik, oxuyarkən tez yoruluruq.

Sürətli Oxumaq Bizə Nələr Qazandırar?


• Özümüzə daha çox güvənərik.
• Söz xəzinənizi və savadınızı artırmanıza kömək olar.
• Surətli oxuyarkən beyniniz daha yaxşı əlaqələr qurar.
• Öyrənməniz asanlaşır, zəhmətsiz və axıcı bir hala gəlir.
• Oxuduqlarınızı anladığınıza görə sürətiniz pilləli olaraq artır.
• Tapşırıq hazırlamaq, imtahanlara çalışmaq çox daha asan olur.
• Daha qısa zamanda daha cox kitab oxuyuruq eyni zamanda öyrənirik.
• Oxuyarkən beyniniz başqa şeylər düşünməz, sadəcə oxumaqla məşğul olar.
• Oxumaqdan zövq alarsınız. Kitab oxuma vərdişinə vacib bir addım atmış olarsınız.
• Bütün bunlara əlavə olaraq fərdi ehtiyaclarınıza bağlı olaraq fərqli üstünlüklər təmin edir

Sürətlə və effektlə oxumaq üçün: Bir kitabın və ya bir yazının hansı mövzuları əhatə etdiyini bilmək üçün:


• Mündəricat səhifəsini gözdən keçirin.
• Yazının ön söz və nəticə qismləri mütləq oxunmalıdır.
• Seçilən qism və ya mövzu, diqqətlə və bilinən bir sürətlə bölmə bölmə oxunmalıdır.
• Bölmənin və ya yazının ilk və son bölmələrinə diqqət yetirilməlidir, çox zaman əsas ideyanı bu bölmədən çıxarma ehtimalı vardır.
• Vacib hesab edilən qismlərin altını xətləyin, ya da yanına işarə qoyun.
• Mətnin içindəki qrafik, şəkil, qayda və başqa materiallar diqqətlə incələnməlidir.

Öyrəndiklərinizi rejimli şəkildə təkrar edirsinizmi?

Hafizəmizə çatan bir məlumatı özümüz üçün lazımlı etməyib, nizamlı aralıqlarla təkrar etməsək, qısa müddətdə unudarıq. Bütünlüklə öyrənilmiş məlumatları belə 24 saat ərzində təkrarlamasaq, 70% – ə qədərini unudarıq.

Təkrar necə tətbiq edilir?


• Oxuma prosesinin sonunda ediləcək 5 dəqiqəlik təkrar məlumatın 1 gün qorunmasını təmin edir.
• Öyrəndikdən 24 saat sonra ediləcək 10 dəqiqəlik təkrar oxuduqlarınızın 1 həftə yaddaşda qalmağına kömək edir.
• 1 həftə sonra edilən 20 dəqiqəlik təkrar öyrənilənlərin 1 ay yaddaşda qalmağına kömək edir.
• Məlumatı öyrəndikdən sonra edilən 30 dəqiqəlik son təkrar, məlumatın uzun müddət yaddaşınızda qalmağına çox təsir edəcəkdir.

Şagirdin oxumamasına təsir edən amillər:


• Şagirdin qəbul ola bilməyəcəyini düşünməsi.
• Şagirdin imtahana psixoloji olaraq hazır olmaması.
• Şagirdin ətraf mühitdəki hadisələrə çox fikir verməsi və diqqətinin yayınmış olması yəni eyni zamanda birdən çox fəaliyyətlə məşğul olması.
• Şagirdin bəlli bir hədəfi və o hədəflə bağlı layihələrinin olmaması.
• Şagirdin imtahan qorxusunu davamlı olaraq yaşaması.

Düzgün hazırlaşmamaq, əslində lazımi zamanda lazımi dərsə hazırlaşmamaq mənasına gəlir. Əvvəlcə, istədiyiniz fakültəyə daxil olmaq üçün hansı dərsi nə qədər oxumalı olduğunuzu müəyyənləşdirməlisiniz.


• Məqsədiniz əzbərləmək deyil, öyrənmək olmalıdır.
• Davamlı təkrarların əzbərə yol açacağını unutmayın.
• Test həll etdikdən sonra, əksikliklərinizin nə olduğunu təyin edin və nə cür səhvlər etdiyinizi tapmağa çalışın.
• Hazırlaşarkən və test həll edərkən musiqi dinləməyin, əks təqdirdə imtahan vaxtı da yenə musiqi sədaları altında test həll etmək istəyəcək, ancaq bu mümkün olmadığı üçün çətinlik çəkəcək və diqqətinizin yayınma halı ilə qarşı – qarşıya qalacaqsınız.
• Heç istirahət etmədən oxumaq da səhv oxuma üsuludur. Özünüzü ələ almalısınız və proqramınızı daha yaxşı tətbiq etmək üçün enerjili hala gəlməlisiniz.

Az hazırlaşmaq


• Vaxt baxımından lazımi qədər hazırlaşmamaq ən vacib əksikliklərdən biridir.Unutmamalısınız ki, hər kəs üçün yetərincə oxumaq vaxtı fərqlidir. Əgər bir dərs sizin üçün çətindirsə və o dərsi qavramaq sizə sıxıntı yaradırsa, siz bu dərsi ətrafınızdakılardan daha çox çalışmalısınız. “Başqalarının çalışmaq vaxtı və proqramı sizin çalışmaq vaxtınız və proqramınızla eyni ola bilməz.
• Hər dərs üçün yetərli oxumaq vaxtı da fərqlidir. Bir dərsə hazırlıq vaxtı olaraq ayıracağınız vaxt, o dərslə bağlı nə qədər problemlərinizin olmasından asılıdır.

Plansız oxumayın!


Bədbin düşüncələrdən uzaqlaşın, nikbin düşünün!…
İmtahan üçün nikbin şeylər düşünün, “imtahanı ölüm–qalım savaşına çevirməyin.” İmtahanda uğur əldə etməyəcəyiniz düşüncəsi sizə şəxsiyyət olaraq dəyərsiz, heç bir işə yaramayacaq bir insan olacağınız təəssüratını bağışlamasın.
Uğur əldə etmənin başlıca məqsədiniz olduğunu, bu halda başqa seçimlərinizin də ola biləcəyini özünüzə tətbiq edin.
Keçmişdəki uğursuzluqlarınızı deyil, uğurlarınızı düşünün. Özünüzə aid bədbin düşüncələr əlinizi, qolunuzu bağlayar və sizi ruhdan salar.
Uğursuzluqlarınızın səbəbini araşdırın, tapın və qarşısını alın.
İmtahanlardakı uğurlarınızla mənəvi dəyərlərinizi bir tutmayın. İmtahanlarda tətbiq olunan testlər mənəviyyat testləri deyil, informasiya və məlumat testləridir.

İstirahət etmədən oxuma!

Yuxu ehtiyacı 14-17 yaşındakılar üçün 7-8 saatdır. Bir gecədə 3,5 saatlıq qısa bir yuxunun ziyanı yoxdur. Ancaq yuxusuz gecələr üst-üstə gələrsə qavrama qabiliyyətiniz zəifləyəcək.Yuxunuzu azaltmaq istəyirsinizsə, bunu birdən-birə etməyin. 3-4 gündən bir 25-30 dəqiqə daha az, yata bilər, həftədə orta hesabla 1 saat daha tez qalxa bilərsiniz. Oxumaq bir vərdişdir. Səhər və günortadan sonra oxumaq daha düzgündür. Bu saatları lazımsız şeylərə sərf etməyin. Günortadan sonrakı saatları boş vaxt olaraq istifadə etmək düzgün olmaz. Bu saatlarda oxumağı vərdiş halına gətirməli və bu gözəl vərdişi ömrünüz boyunca davam etdirməlisiniz.

Dərs oxumağın üç böyük düşməni


1.Televizor
2.Telefon
3. İnternet
Aparılan tədqiqatlar gənclərin vaxt itirməyinə ən çox səbəb olan şeyin “televizor” olduğunu təsbit ediblər. Açma düyməsinə basana qədər idarə etmə sizin əlinizdədir. Düyməni basdıqdan sonra isə televizorun əlinə keçir.

Buna mane olmaq üçün:


Hazırlıq proqramınızda istirahət etmə aralarında sevdiyiniz proqramlara baxa bilərsiniz. Əgər baxdığınız şey qısadırsa ayaqda izləyin, yoxsa ilişib qalacaqsınız .
Telefon danışıqlarınızı dərs oxuduqdan sonra edin. Telefon diqqəti dağıdan ən ciddi amillərdən biridir.
İmtahandan sonra telefonla danışmağa və televizora baxmağa bolca vaxtınız olacaq. İnternetdən istifadə məqsədli olmalıdır.
Yox deməyi bacarın! Girəcəyiniz hər imtahan çox ciddi hazırlıq tələb edir. Planlı, proqramlı və məqsədyönlü hazırlaşmaq, sizi imtahanda mütləq uğura aparacaq.
Bu ərəfədə sizi oxumaqdan yayındıran bir çox amillər olacaq. Bunların təməlində sizin öz arzu və istəkləriniz durur. Özünüzə yox deməyi bacarın. Dostlarınız sizi oxumaqdan yayındıra bilər. Hazırlıq proqramınızda onlar üçün ayırdığınız vaxtın xaricində onlara uyğun bir dillə “yox” deyə bilməlisiniz. Ailənizin istəkləri sizi hazırlaşmağınızdan geri sala bilər. İş yerində durmaq, ev işlərini görmək və s. işlər vaxtınızı ala bilər. Ailənizə (incitmədən və səbəbini açıqlayaraq) yox deyin. “Yox” deyərək müvəffəqiyyət əldə edə bilərsiniz.

Hazırlıq proqramı necə olmalıdır?


Həftəlik dərs oxuma proqramını hazırlayarkən, gündəlik fəaliyyətinizi həftənin hər günü üçün ayrı-ayrı nəzərdən keçirməlisiniz. İstifadə edilə bilən proqram hazırlamaq üçün fəaliyyətinizi real olaraq proqramınızda əks etdirməlisiniz. Keçmişdə uğur əldə etmək üçün təklif olunan düşüncə “Oxumaq, oxumaq və yenə də oxumaq” şəklində idi. Halbuki günümüzdə çox oxumaq əvəzinə, “Təsirli və planlı şəkildə hazırlaşmaq” şüarı daha məqsədə uyğundur. Təsirli və planlı hazırlıq proqramının içərisində əyləncə, istirahət, ailəyə və sevdiklərinizə də vaxt ayırmaq mümkündür.
Bu proqramı 3 mərhələdə hazırlaya bilərsiniz:
1. Hər dərsdən oxumalı olduğunuz mövzuları ilk planda tutun, bölmə başlıqları ilə qeyd edin.
2. Məktəbdən (kursdan) çıxışınızla yuxu saatlarınız arasında və vacib işləriniz xaricində qalan hazırlıq vaxtınızı hesablayın.
3. Bölmə başlıqları ilə müəyyənləşdirdiyiniz mövzuları oxuma saatlarınıza uyğun olaraq bölüşdürün
Bu bölüşdürməni edərkən, üst-üstə gələn dərslərin eyni mövzularda olmamasına diqqət yetirin. Uzun vaxt ard – arda hazırlaşmayın. Dərslərin arasındakı 10-15 dəqiqəlik istirahət vaxtı, sizin öyrənmə qabiliyyətinizi yüksəldəcəkdir.
Riyaziyyat və texniki fənlər üçün daha fərqli bir istirahət metodu tətbiq edilməlidir. Bu kimi dərslərdə misal həll edərkən, cavab tapana qədər hazırlığa davam etmək lazımdır. Yenə də diqqətinizi cəmləyə bilmirsinizsə, deməli istirahət etməyə ehtiyacınız var.

Planlı şəkildə hazırlaşmaq bizə nə qazandırır?


Başqa məşğuliyyət üçün də vaxt ayıra bilərsiniz.
“Çatdıra bilmirəm” narahatlığını yaşamazsınız.
Zehniniz az yorulacağına görə, oxumaq həvəsinizi itirməzsiniz.
Şəraitinizi qaydaya salın!
Çalışma otağı çox isti və ya çox soyuq olmamalıdır, yaxşı havalandırılmalı və səssiz olmalıdır.
Oxu masasının yüksəkliyini öz boyunuza görə düzəldin. Oxu masasında oturduğunuz stul düz oturmaq üçün uyğun olmalıdır.
Dərs oxuduğunuz otaqdakı divar kağızları, afişa və rəsmlər diqqətinizin dağılmağına səbəb ola bilər.
Hazırlıq mühiti və masası sadəcə oxumaq üçün istifadə olunmalıdır
Hazırlığa başlamamışdan əvvəl oxuma zamanı lazım ola biləcək bütün ləvazimatlarınızın əlinizin altında olması, diqqətinizin dağılmasının qarşısını ala bilər.

Diqqətin dağılmasının başlıca iki səbəbi var.


1.Dərsə hazırlıq vərdişinin formalaşmaması.
2.Beyni məşğul edən xarici təsirlər və problemlər.
Oxumaq istəyi olmadan müvəfəqqiyyət əldə etmək olduqca çətindir.Oxumağa istəkli deyilsinizsə, deməli başqa bir şey istəyirsiniz.
Bəzi şagirdlər oxumalı olduğu səhifələrə dəqiqələrcə baxaraq, sanki ayıqkən yuxu görürlər. Bu diqqətin dərsdə olmamasının səbəbidir və hazırlığa mənfi təsir göstərən bir amildir. Bunun qarşısı alınmalıdır.
Diqqəti toplamaq!
Yersiz problemlərlə beyninizi yormayın! Hər şeyin bir vaxtı var. Sizi narahat edən problemi o an üçün həll etməyiniz mümkündürsə, dərsə başlamamışdan həll edin. Mümkün deyilsə bu problemlə nə vaxt maraqlanacağınıza dair qeyd aparmağınız sizi rahatlata bilər. Şəxsi problemlərinizi keçici olaraq rəfə qoyun, gözəl günlər qabaqdadır… və Oxuyarkən yersiz xırdalıqlara fikir verməyin, əvvəlcə mövzunun özünü qavramağa çalışın.
• Hazırlıq mühitindəki yersiz təsir edicilərin vaxtınızı almasına icazə verməyin.
• Sistemsiz və qarışıq hazırlaşma! Lazım olsa qrafiklər qur, məlumatlar qeyd et.
• Məqsədsiz və nizamsız oxuma. Nəyi öyrənəcəksənsə ona yönəl.
Faydalı hazırlaşmaq!
Hazırlıq vaxtı-bir dəfə hazırlaşmaq üçün ayrılan vaxt ən az 45 dəqiqə ən çox isə 90 dəqiqə olmalıdır. Qısa aralar verərək edilən 1-2 saatlıq hazırlıq heç ara vermədən edilən 5 saatlıq hazırlıqdan daha faydalıdır. Əsas istifadə edilən vaxt deyil, o vaxtı necə dəyərləndirdiyindir. Hər gecə yatmamışdan əvvəl və hər səhər qalxdıqdan sonra 15-20 dəqiqə təkrar etməlisiniz. Bu, öyrəndiklərinizin möhkəmlənməsi üçün vacibdir.
Diqqət! Sizin üçün ən faydalı olan saatlarınızı çətin qavradığınız dərslərə ayırmalısınız. Qalan saatlarınızı isə çətinlik çəkdiyiniz digər mövzulara ayırmağınız çox gərəklidir. Əvvəlcə çətin olana nail olun və özünüzü mükafatlandırın.
Oxumağa iş kimi baxmayın!
Oxumağın sizi hədəfinizə aparacağını, oxuduqca öyrənənəcəyinizi, öyrəndikcə isə sevincli anlarınızı düşünün.
Vaxtınızı dərsləri hazırlamaq üçün deyil, daha effektli hazırlayaraq, həqiqətən başa düşmək üçün istifadə edin!

Göz idmanı

Bir neçə idman vasitəsilə biz özümüzdə sürətli oxumağı inkişaf etdirə bilərik. İndi sizə bir neçə asan hərəkətlər deyəcəyik. Bunlar tətbiq edilərsə tez zamanda effekt əldə edilə bilər. Birinci idmanımız budur: hər hansı kitabı alırıq və səhifəyə ümumi nəzər salırıq, beləcə hər saniyədə 1 səhifəni çeviririk və bunu hər gün 10 dəqiqə tətbiq edirik. İkinci idmanımız isə budur: yenə bir kitabı əlimizə alırıq, səhifədəki sətirləri əlimizdəki qələm vasitəsilə çox sürətlə nəzərdən keçiririk. Bu zaman orada nə yazıldığnı başa düşməyə çalışmamalıyıq. Bu idmanı da yenə hər gün 10 dəqiqə olmaqla təkrar edirik. Biz bu hərəkətləri hər gün 10 dəqiqə olmaqla 21 gün ərzində tətbiq etməklə gözün görmə əhatəsini genişləndirirk və bunun sayəsində də gözlərimiz bir nəzərlə birdən çox söz görə bilir. Bu, ən vacib idmanlarımızdandır. Qeyd edilən idmanlar hər gün, gün ərzində 80-100 səhifəlik kitablarda tətbiq edilə bilər. Belə bir misal verək: yarış meydanında saatda 400 km sürətlə getsək, ətrafdakı ağacları görə bilmərik. Çünki gözlərimiz buna vərdiş etməyib. Amma beləcə 400-500 dəfə fırlansaq onda zamanla gözlərimiz ağacları sürətlə görməyə başlayacaq. Hətta biraz daha fırlansaq onda yarpaqları da aydın görə bilərik. Bu idmanlar 21 gün təkrarlansa çox yaxşı nəticə verəcəkdir. Digər idmanımızı sinifdə ya da evdə rahatca edə bilərik. Qarşımızdakı divarda 2 nöqtə işarələyirik. Bunlara eyni anda baxa bilərik. Biz bu hərəkəti dayanacaqda ikən və ya maşın sürərkən də edə bilərik. Amma maşın sürərəkən bunu etsək biz artıq maşını sürətli idarə etməyə başlayacayıq. Çünki görmə çərçivəmiz genişlənəcək. Digər idmanımız budur: barmağın bir nöqtəsinə baxırıq, sonra yavaşca özümüzə doğru çəkirik barmağımızı, daha sonra yenə uzaqlaşdırırıq və bu idmnı gündə 20 dəfə təkrarlayırıq. Beləcə gözün oriyentasiyasını artırırıq. Bu idmanın nəticəsində gözlər səhifədə çox sürətli hərəkət etməyə başlayacaq. Həmçinin bu idmanlar gözlərin sağlamlığı üçün də həkimlər tərəfindən tövsiyyə edilir. Qeyd olunan idmanlar həm də göz təmbəlliyi üçün faydalıdır.
Uzaqlara baxmaq bizim oxuma faktorumuzu artıran səbəblərdən biridir. Siz heç əsər yazarkən burnunun ucuna baxan şair görmüsünüz mü? Xeyr, onlar həz zaman uzaqlara baxırlar, sanki bir növ düşüncələri açılır.
Digər idmanımız da budur: qələmi əlimizə alırıq, əvvəlcə qələmə diqqətlə baxırıq sonra ümumi şəkildə uzağa baxırıq, bu hərəkəti beləcə təkrarlayırıq. Yəni, əvvəlcə yaxındakı obyektə, sonra isə uzaqdakı obyektə baxırıq.
Uşaqlar requlyativ olaraq kitab oxuduqda beyin və nitq inkişafları artır. Beləliklə, onların həm oxumaq, həm də başa düşmək sürətləri artır. Çox kitab oxuyan uşaqların beyni daha çox işləyir. Bu haqda bir araşdırma aparılmışdır. Həmin il universitetə daxil olan bütün uşaqlar üzərində 10 ayrı test tətbiq edildi. Amma bu testlər 4 ildən sonra yenidən gündəmə gətirildi. Və tələbələrin gələcəkdəki uğurlarını ən yaxşı hansı testin müəyyən etdiyinə baxıldı. Nəticə etibarilə, söz ehtiyatının çox olduğu tələbələrin gələcəkdəki uğurlarının daha çox olduğu nəzərə çarpdı. Söz bazası az olan tələbələrin isə nəticələri az idi. Bu araşdırma daha sonra da davam etmiş, söz bazası çox olan tələbələrin iş həyatında da uğurlarının çox olduğu təsdiqlənmişdi.
Beləliklə, deməliyik ki, sürətli oxumaq həqiqətən də var və hərkəs sürətli oxuya bilər. Başlanğıc sürətimiz 150-200 söz ola bilər. Hədəfimiz isə 450-500, hətta 1000 söz ola bilər.