Bütün yaş qrupları üzrə dərs tədris olunur həftədə 2 dəfə 1 saat müddətinə cəmi 2 saat

"XARİCİ DİL DƏRSLƏRİ"

Şagirdlər istənilən məkanda, istənilən formada dil öyrənə bilər və dil bilməyin üstünlüyü gələcək iş seçimi və iş yeri kimi məsələlərdə onlara yardımçı ola bilər. Bu mənada hələ məktəbli ikən xarici dili yaxşı öyrənməyə, öz fikrini düzgün ifadə etməyə, səlist və düzgün danışmağa çalışmaq lazımdır. Elə buna görə Tiamo Kids Dahi Uşaqlar Mərkəzində “İngilis dili” və “Rus dili” dərsləri yüksək səviyyədə keçilir.

"İngilis dili" kursları (hər yaş qrupu üçün)

Qrupda uşaq sayı: 5-6 nəfər
Həftədə 2-3 saat (2 dəfə 1- 1,5 saat) olmaqla keçilir.
-Oxford kitabları, elektron dərslik,video çoxlu sayda əyani vəsaitlər və testlərldən istifadə edərək peşəkar müəllimlərlə effektli dərslər

"Rus dili" kursları (hər yaş qrupu üçün)

Qrupda uşaq sayı: 5-6 nəfər
Həftədə 2-3 saat (2 dəfə 1- 1,5 saat) olmaqla keçilir.
Elektron dərslik, çoxlu sayda əyani vəsaitlər və testlərldən istifadə

 

Şagirdlər istənilən məkanda, istənilən formada dil öyrənə bilər və dil bilməyin üstünlüyü gələcək iş seçimi və iş yeri kimi məsələlərdə onlara yardımçı ola bilər. Bu mənada hələ məktəbli ikən xarici dili yaxşı öyrənməyə, öz fikrini düzgün ifadə etməyə, səlist və düzgün danışmağa çalışmaq lazımdır.
Uşaqların danışmağa başlaması və əcnəbi dil öyrənmə arasında müəyyən fərqlər olsa da, bunlar mahiyyət və nəticə etibarilə üst-üstə düşür. Yəni yenicə dil açmağa başlayan uşaqlar əsasən dili eşidir, mimika və reaksiyalarda "görür", sözü yanlış-doğru öyrənir, qavrayır və nəhayət, danışmağa başlayır. Əvvəlcə bir neçə kəlmə öyrənir, sonra sözlərin sayını artırır, ardınca bəsit cümlələr qurur. Beləliklə, hər bir uşaq ətrafında danışılan dili dörd-beş yaşına qədər asanlıqla öyrənir. Uşaqların danışması şüurlu proses deyildir; onlar nə bunu qarşılarına məqsəd qoyur, nə öyrənmək üçün hər hansı bir dili seçir, nə də məktəbə gedirlər. Çünki onların dilöyrənmə qabiliyyəti anadangəlmədir. Beyin dil öyrənmədə mühüm rol oynayır. Belə ki, beyinin sol yarımkürəsində yerləşən "dil öyrənmə" mərkəzi ilk yaşlardan çox aktiv olur və bu aktivlik yeniyetməlik dövrünə − 14 – 15 yaşlara doğru gedikcə azalır. Sağ və sol beyin yarımkürələrinin inkişafının yeniyetməlik dövründə əsasən başa çatması ilə dil öyrənmə də ilk illərə nisbətən çətinləşir.
Əcnəbi bir dili öyrənmək üçün ən səmərəli dövr təxminən üç-yeddi yaş dövrü hesab olunur. Bu istiqamətdə xeyli tədiqatlar aparılmışdır. Məsələn, amerikalı alim J. S Conson ABŞ-da yaşayan əcnəbilərin ingilis dilini öyrənmə qabiliyyətini araşdırmış, onları "yeddi yaşa qədər", "7-15 yaş" və "15 yaşdan sonra" kimi yaş qruplarında birləşdirmiş və qrupların qrammatik bilikləri müqayisə etmişdir. Nəticə olaraq, ingilis dilini 7 və daha kiçik yaşda öyrənənlərlə ana dili ingilis dili olanlar arasında heç bir fərq müşahidə etməmişdir. Digər qruplarda isə nəzərə çarpacaq dərəcədə fərqlərə rast gəlmişdir. Demək ki, əcnəbi dilin öyrənilməsində ideal və ən səmərəli mərhələ 3-7 yaş arasıdır. Onun ardınca 7-15 yaş dövrü gəlir. Hər yaş dövrü kimi 3-7 yaş dövrünün də spesfik xüsusiyyətləri və tələbləri var.

AĞILLI QƏLƏM HAQQINDA

“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, “Ağıllı qələm” yapon alimlərinin son texnoloji nailiyyətlərinin (informasiyanın kağızdan oxunması) imkanları əsasında mütəxəssislərin rəhbərliyi altında hazırlanmış ingilis dilini praktik metodlarla öyrədən tədris vəsaitidir, başqa sözlə, fərdi ingilis dili müəllimidir.
Layihədə məqsəd məktəbəqədərki dövrdə uşaqları ingilis dilini öyrənməyə təşviq etmək, onlarda 1000-2000 civarında söz ehtiyatı formalaşdırmaq və onların birinci sinfə qədəm qoyarkən ingilis dilində hazırlıqlı olmasını təmin etməkdir.
Tetra “Ağıllı qələmi”nin satış dəsti dərslik və “ağıllı” qələmdən ibarətdir. Dərsə başlamaq üçün qələmi kitabın üz qapağına toxundurmaqla kitabı qələmə tanıtmaq lazımdır. Qeyd edək ki, “Ağıllı qələm”dən istifadə qaydaları hər bir dərsliyin son səhifəsində verilir.
İlk səhifədə ingilis dilinin əlifbası verilib. Qələmi hərflərə toxundurmaqla onların tələffüzünü və hər bir hərfə uyğun verilən söz nümunəsini dinləyirik. Məsələn; hərf: B, b, söz nümunəsi: bear [bi:]− ayı və ayının şəkli. Beləliklə, həm hərfi görür, həm tələffüzünü eşidir, həm də söz nümunəsinin şəklinə baxırıq. Eyni anda eşitmə və görmə yaddaşının birgə fəaliyyəti təmin olunur.
Hər mövzunun əvvəlində “İzah” işarəsi var. Qələmi ona toxundurmaqla mövzu haqqında qısa məlumat əldə edirik. Sözlərin mövzu üzrə qruplaşdırılması öyrənilməsini asanlaşdırır. Hər dəfə qələmi sözlərə toxundurmaqla ingilis dilində tələffüzünü və tərcüməsini dinləyir və öyrənirik.
“Ağıllı qələm”i hər səhifənin aşağı hissəsində olan “sual” işarəsinə toxundurmaqla səhifəni necə öyrəndiyimizi yoxlaya bilərik. Bu zaman “Ağıllı qələm” sözü tələffüz edir, istifadəçi də onu səhifədə göstərir. Cavab doğrudursa, qələm alqış sədaları altında “Afərin, doğrudur” deyir, səhvdirsə, “Musiqili nida” səsi eşidilir. Sual-cavab əməliyyatını bitirmədən növbəti səhifəyə keçmək üçün “Stop” işarəsindən istifadə etmək lazımdır.
Hər kitabın sonunda uşaqların yaş psixologiyasına uyğun musiqili səhifələr var. Uşaqlar öyrəndiyi sözləri musiqi ilə dinləyib əylənə-əylənə təkrar edə bilərlər. Xatırlatma funksiyası vasitəsilə isə qələm uşaqların cavablarına münasibət bildirməklə onları həvəsləndirir və ya tənbeh edir. Həmçinin uşaq qələmi qoyub gedəndə üç dəfə xəbərdarlıqdan sonra avtomatik sönür. Bununla həm də enerjiyə qənaət edir.
Həmçinin, bu qələmdən istifadə etməklə uşaqlar yemək yeyərkən və ya yatarkən ingilis dilində musiqi dinləyə bilərlər. Bunun üçün “Ağıllı qələm”in oturacağında olan Mp3 funksiyasından istifadə etmək olar.