Card image

Azərbaycanda ilklərdən

Bunu Azərbaycana ilk biz gətirdik

Azərbaycanda yeni olan Tiamo Mental Aritmetik, Yaddaş Texnikası, Sürətli Oxuma və MathPlus proqramları yaddaşı gücləndirir, riyazi bacarıqları inkişaf etdirir, öyrənməni asanlaşdır və sürətləndirir. Bu proqramları keçən uşaqların bütün sahələrdə aktiv olur, dərslərdə müvəffəqiyyət faizi digər uşaqlardan çox fərqlənir. Bu proqramlar sayəsində qazandıqları bilik və bacarıqları istənilən sahədə tətbiq edərək, lider ola bilirlər. Valideynlərə tövsiyə olunur ki, dərs proqramının ağırlığını nəzərə alıb, uşaqları öyrənməni asanlaşdıran və onlara əlavə vaxt qazandıra biləcək bu proqramlara yönləndirsinlər.
Zəka inkişafetdirici oyunların, məntiq və yaddaşı gücləndirən dərsliklrərin tədrisdə çox böyük rolu var. Xarici ölkələrdə bu oyunların və vəsaitlərin tətbiqi hətta orta məktəblərdə həyata keçirilir. Müxtəlif yaş qruplarına təyin olunmuş bu əyani vəsaitlər uşaqların müxtılif bacarıqların inkişafına çox böyük təsir etdiyinə görə, demək olarki, mərkəzimizdə keçirilən bütün dərslərdə belə vəsaitlərdən istifadə olunur. 



Bundan başqa 2 illik Tiamo kurslarında da nəailiyyətlərimiz çox böyükdür. Uşaqlar 1-ci il toplama-çıxarma, 2-ci il vurma-bölmə əməllərini sərbəst hesablamalı olduqları halda, əksər uşaqlarımız bu gün 2 illik proqramı 1 ildə tamamlaya bilmə imkanına malikdirlər. Yəni 4 riyazi əməli qısa zamanda hesab maşınından daha sürətlə hesablayırlar. Mənə elə gəlir ki, valideynlərimiz bizə müraciət etməklə həm büccələrinə qənaət etmiş, həm də uşaqlarının hərtərəfli inkişafını təmin etmiş olurlar.
İnformasiyanın bolluğu, ətrafda baş verən çoxlu sayda hadisələr, gördüklərimiz, eşitdiklərimiz - bütün bunların hamısını yaddaşımızda saxlaya bilmirik və ya tez unuduruq. Yaxud da, oxunacaq çoxlu sayda materiallar olur ki, zaman azlığından əziyyət çəkirik. Məktəblilər dərslərini oxuyub bitirə bilmir, gec saatlara qədər kitab oxumaqla məşğul olurlar. Bu gün bütün bu problemləri aradan qaldıra biləcək proqramlar var. Yaddaş texnikası və Sürətli Oxuma kursları. 9 yaşdan yuxarı hər kəs bu kurslara qatılaraq güclü yaddaşa sahib ola, dəqiqədə oxuma sürətini 2-3 qat artira bilər. 
Mərkəzimizdə tədris olunan MathPlus(əyləncəli riyaziyyat) proqramımız riyazi hesablamaların müxtəlif üsullarını öyrədərək, hesablamaların kağız qələm istifadə etmədən sürətlə aparılmasını təmin edir.

 

KİV-dən də tanış ola bilərsiz

FOTOLAR