Əyləncəli Riyaziyyat 9-16 yaş, həftədə 2 dəfə 1saat müddətinə cəmi 2 saat

Mathplus NƏDİR?

Kiçik yaşlarından uşaqlara verilən bilik, gələcək üçün onlara qoyulan böyük bir sərmayədir. Hörmətli valideynlər, hər şeyi təxirə salsanız da, uşaqların təhsilini mütləq kiçik yaşlarından inkişaf etdirməlisiniz. Kiçik yaşlarından uşaqlarda elmə, oxumağa sevgi aşılanmalıdır.

Yaddaş texnikası, Sürətli oxuma, Mental Aritmetik, Mathplus proqramları –bütün bu proqramlar uşaqların öyrənməsini sürətləndirir. Diqqət, yaddaş, məntiq və riyazi bacarıqlarını gücləndirir. Uşaqlarınız gələcəkdə xarici ölkələrdə təhsil almağa getdiyində, oxuduqları tehsil müəssində digər xalqların nümayəndələrindən geri qalmamamaları və daha da bacarıqlı , məntiqli olmaları üçün bu proqramları öyrənmələri vacibdir.

• Vedic Hindlilərin inkişaf etdirmiş olduğu bir riyaziyyat sistemidir. Uzun illər istifadə olunmuş və unudulmuşdur. Vedic Riyaziyyat, Bharati Krishna Tirtha tərəfindən 1911-1918 illəri arasında yenidən gün üzünə çıxarılmış və 16 qaydadan ibarətdir. Bu qaydalar təkcə riyaziyyatda deyil, fəlsəfə, astranomiya elmində də istifadə olunub.

2009-ci ildə TÜRKİYƏDƏ TUBİTAK ARAŞDIRMALAR MƏRKƏZİNDƏ keçirilən "Ədədlərin Sihirli Dünyası" adlı layihə zamanı Vedic riyaziyyatdan istifadə edən uşaların BİLİK SƏVİYYƏSİZİ ARAŞDIRILMIŞDIR. Onların hesablamaları daha sürətlə və səhvsiz etməsi və müvəffəqiyyət faizinin daha yüksək olması təsdiqlənmişdir.

Kanada, ABŞ, İngiltərə, Koreya, Hindistan, Yaponiya kimi bir çox ölkədə məktəb sonrası təhsil verən təşkilatlarda Vedic Riyaziyyat təhsili verilir. Dünyanın bir çox universitetində bu mövzuda təhsil seminarları təşkil edilməkdədir. Bunlardan bəziləri;


• Stanford Universiteti
• Oksford Universiteti
• Cambridge Universiteti
• Berkeley Universiteti
Elm adamları kosmos texnologiyası və süni zəka mövzusunda, xüsusilə mikro prosessorlar üzərində Vedic riyaziyyatdan istifadə edirlər. Eyni zamanda IBM və Microsoft kimi proqram şirkətləri bu sistemi Öz personalının öyrənməsini zəruri saymışdır.

MƏQSƏD

• Vedic Riyaziyyatın əsas məqsədi dörd riyazi əməli müxtəlif üsullardan istifadə daha sürətli apara bilməkdir. Məsələn, vurma əməliyyatında zehindən 2 rəqəmli ədədlərin hasilini hesablayarkən, klassik hesablama metodlarından istifadə edərək bunu aparmaq mümkün olar. Amma 3, 4, 5, 6 və hətta 7 rəqəmli ədədlərin bir birinə vurulması üzərində bu hesablama zehindən aparıla bilməz, bu mümkünsüzdür. Ancaq Vedic riyaziyyatdan istifadə edərək bu hesablamaları daha əyləncəli yollar və dəyişik qaydaların tətbiqi nəticəndə daha qısa və sürətli bir müddətdə aparılması mümkündür.

Edilən bir araşdırmaya görə Vedic riyaziyyatın tətbiqiylə tələbələr riyaziyyat fənnini daha da sevərək, hesablamalarda daha sürətli və az səhv edərək yüksək nəticələr əldə edir və müvəfəqqiyət faizi digər uşaqlardan daha yüksək olur.

Vedic Riyaziyyat üsulu ilə hesablama edən tələbələr, zehinlərində riyazi əməliyyatlar zamanı sağ və sol yarımkürədən paralel istifadə etdikləri üçün onlarda uzun müddətli yaddaş formalaşır. Beyin də əzələ kimidir. Nə qədər çox istifadə edilsə o qədər çox inkişaf edər.